USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərbaycan xalqı heç vaxt özü ilə bu qədər fəxr etməmişdi"

10.11.2020 Siyasət
0 0
Hisslər boğur hər birimizi!

Bu, yalnız bizim üçün tarixi bir hadisə deyil, eyni zamanda dünya tarixinə yazılacaq bir hadisədir.

1990-cı illərdə ermənilərə bir neçə il tələb olunmuşdu ki, Qarabağı işğal etsin.

Azərbaycan ordusu isə cəmi 45 günə Şuşaya çatıb onu azad etdi.

Bu əməliyat sadəcə blitskriq adlandırılmalıdır!

Hərbi cəhətdən inanılmaz bir nailiyət, mənəvi cəhətdən isə Azərbaycan tarixinə qızlı hərflərlə yazılan Qələbə.

Eşq olsun Azərbaycan əsgərinə, eşq olsun Ali Baş Komandana, eşq olsun qardaş Türkiyəyə və onu rəhbəri cənab Ərdoğana, eşq olsun belə oğulları dünyaya gətirən analara!

Azərbaycan xalqı heç vaxt bu qədər vahid olmamışdı, Azərbaycan xalqı heç vaxt bu cür sevinc hissini yaşamamışdı, Azərbaycan xalqı heç vaxt özü ilə bu qədər fəxr etməmişdi!

1992 ildə bütün ölkə matəmə batmışdı, lakin dünya bizim göz yaşlarımızı görmək istəmirdi, bizim fəryadımızı eşitmək istəmirdi.

İndi isə qoy baxsın, qoy görsün, qoy eşitsin bizim sevincimizi!

Sadəcə ura!!!

Azər Qəribov

Jurnalist