USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Lavrovdan sülhməramlılarla bağlı - AÇIQLAMA

20.11.2020 Siyasət
0 0
Rusiya xarici işlər naziri Sergey Lavrov və Fransa xarici işlər naziri Jan-İv Le Drian arasında telefon danışığı olub.

"Kommersant.az"ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.

Məlumata əsasən, S.Lavrov fransalı həmkarına sülhməramlıların Qarabağda iştirakının parametrlərini izah edib. Bundan əlavə, tərəflər Dağlıq Qarabağda vəziyyətin nizamlanması ətrafında məsələləri müzakirə ediblər:

"Sergey Lavrov qarşı tərəfə Rusiyanın sülhməramlı qüvvələrinin iştirakı parametrlərini və Humanitar Yardım üzrə İdarələrarası Mərkəzin funksiyalarını izah edib".