USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ərdoğan Azərbaycanla bağlı sazişi təsdiqlədi

11.02.2021 Siyasət
0 1
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında Saziş”i təsdiq edib.

"Kommersant.az"ın xəbərinə görə, bu barədə Türkiyənin “Resmi Gazete”sində məlumat verilib.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında Saziş” 2018-ci ilin 25 aprel tarixində Ankarada imzalanıb.