USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Deputat: “Sosial şəbəkələr idarə olunmalıdır”

12.10.2022 Siyasət
0 0
“Təəssüf ki, Azərbaycanda “TikTok”un fəaliyyəti bərpa edildi. Əslində mən, ümumiyyətlə, “TikTok”un əleyhinəyəm. Heç vaxt bu sosial şəbəkə platformasından istifadə etməmişəm, istifadə etməyi də məsləhət görmürəm. Çünki “TikTok”un fəaliyyəti digər sosial şəbəkə platformalarından fərqlənir. Bu, bizim gənclərimiz, uşaqlarımız üçün çox böyük bir təhlükədir. Mən bunu belə qiymətləndirirəm. “TikTok” Azərbaycanda açılmasa, daha yaxşı olardı. Düzdür, bəziləri bu platformadan əyləncə məqsədi ilə istifadə edirlər. Lakin düşünmədən bəzi paylaşımlar edə bilirlər. Bir an gələcək görəcəyik ki, artıq milli mentalitetə söykənən dəyərlərimiz “TikTok” paylaşımları səbəbindən artıq uçuruma uğrayıb. Bunun qarşısını vaxtında almalıyıq. Bu baxımdan, sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi yerində və məqamında atılmış addım olardı”.

Deputat “Facebook”un ölkəmizdə məhdudlaşdırılması ilə bağlı səslənən təkliflərə də münasibət bildirib: ““Facebook” hər kəsin istifadə etdiyi sosial şəbəkə platformasıdır. Düşünürəm, “Facebook”da normal ünsiyyət qurulur. İstər iş adamları, istər siyasətçilər, gənclər, bir sözlə hər kəs “Facebook”dan istifadə edir. Azərbaycanda da istifadəçisi çoxdur”.

M.Cəfərov “Sosial şəbəkələrin statusunun tənzimlənməsi haqqında” yeni qanun layihəsi ilə bağlı müzakirələrin nəzərdə tutulub-tutulmamasına da aydınlıq gətirib: “Yeni qanun layihəsi ilə bağlı hələ konkret məsələ yoxdur. Lakin düşünürəm, olmasına ehtiyac var, vacibdir. Ümumiyyətlə, sosial şəbəkələr idarə olunmalıdır. Əks təqdirdə, müəyyən problemlərlə də üzləşirik. Vətən Müharibəsi dönəmində də məhdudiyyətlər olmuşdu. Hətta son sentyabr təxribatlarında da fotolar, videolar paylaşıldı, buna ehtiyac yox idi. Təəssüf ki, insanlar bu cür görüntüləri bilərəkdən, yaxud bilməyərəkdən paylaşırlar. Bu cür məsələlər qanunla tənzimlənsə, insanlar bilər ki, belə qanun mövcuddur, hansısa məhdudiyyət var və buna görə cəzalana bilərlər”.

Pravda