USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Media Reyestrinə daxil olmayacaq jurnalistləri nə gözləyir?

12.10.2022 Sosial
0 0
Media reyestrində olmayan jurnalistlərin fəaliyyəti ilə bağlı heç bir məhdudiyyət olmayacaq.

Kommersant.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov jurnalistlər üçün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, vəsiqənin arxasında olan barkod vasitəsilə jurnalist haqda bütün məlumatları əldə etmək mümkün olacaq: “Vəsiqə özü-özlüyündə jurnalistlərə üstünlük vermir. Sadəcə reyestrdə olmaq faktını təsdiqləyir. Bu da jurnalist adından istifadə hallarının qarşısını alacaq”.