USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniyanın yeni müdafiə nazirinin adı sabah açıqlanacaq

16.01.2023 Siyasət
0 0
Almaniyanın yeni müdafiə nazirinin kimliyi sabah açıqlanacaq.

Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Nəşr namizədlər sırasında hazırkı əmək naziri Hubertus Heil, Almaniya kanslerinin departament rəhbəri Volfqanq Şmidt, hərbçilərlə iş üzrə səlahiyyətli şəxs Eva Höql və Almaniya Sosial-demokrat Partiyasının lideri Lars Klinqbeylin adlarını qeyd edib.

Xatırladaq ki, bu gün Almaniya kansleri Olaf Şolts müdafiə naziri Kristin Lambrextin istefasını qəbul edib.