USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“OPEC+” tələb və təkliflə bağlı volatilliylə üzləşib

16.01.2023 İqtisadiyyat
0 0
“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) alyansı neft bazarında tələb və təkliflə bağlı volatil (qeydi-sabit ) perspektivlərlə üzləşib.

Bu barədə şənbə günü Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl əl-Mazrui bildirib.

Onun sözlərinə görə, bu, Avropanın Rusiya neftinə qarşı sanksiyaları və Çində koronavirusa qarşı sıfır dözümlülük siyasətinin ləğvi ilə bağlıdır.

Süheyl əl-Mazrui deyib ki, “OPEC+” ölkələrində gündəlik hasilat gücü neft sektoruna investisiyaların azalması səbəbindən 3.7 mln.barel azalıb.

O, əlavə edib ki, BƏƏ bəzi ölkələrdə istehsal gücünün azaldılmasını kompensasiya etmək üçün qabaqlayıcı addımlar atır.