USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsveçin baş naziri Kristerssonun Türkiyə planı üzə çıxıb

01.02.2023 Siyasət
2 1
Türkiyə ilə İsveç arasında NATO-ya üzvlük danışıqları davam edərkən, Rasmus Paludan adlı siyasətçinin Stokholm səfirliyi qarşısında Quran yandırması ilə başlayan böhran İsveçin bir nömrəli gündəmi olmaqda davam edir.

Ərdoğanın NATO-ya qapısını bağladığı İsveçin birliyə daxil olmaq planı bəlli olub.

İsveçin baş naziri Ulf Kristersson dünən axşam digər partiya liderləri ilə görüşüb.

NATO üzvlüyünü ölkənin ən mühüm təhlükəsizlik hədəfi kimi görməyə davam edən Kristerssonun həyata keçirəcəyi 'Türkiyə planı' da xəbərlərdə geniş yer alıb.

Qəzet Kristerssonun planını 'NATO məsələsini yumşaltmaq istəyir' şəklində ümumiləşdirərək planın 2 qolu olacağını yazıb.

Buna uyğun olaraq, İsveç ölkədə ilk dəfə baş verən qalmaqallı əməllərin dövlət siyasəti olmadığını vurğulamaqda davam edir.

İkinci mərhələdə gərginliyin azaldılması və dialoq mühitinə qayıdılması üçün lazımi addımlar atılacaq.