USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Biz müttəfiqimiz Türkiyə və faciədə zərər çəkənlərlə həmrəyik - NATO

08.02.2023 Siyasət
5 0
NATO-nun sözçüsü Oana Lungesku, "Biz müttəfiqimiz Türkiyə və bu dəhşətli zamanda zərər çəkən hər kəslə həmrəyik. NATO müttəfiqləri ehtiyacı olanlara daha çox yardım göstərməyə hazırdır" dedi.

Episentri Kahramanmaraş olan və 10 əyaləti əhatə edən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra hərəkətə keçən NATO Türkiyəyə dəstəyini bir daha təkrarladı.

NATO-nun sözçüsü Oana Lungesku verdiyi yazılı açıqlamada, Finlandiya və İsveç də daxil olmaqla, 20-dən çox NATO müttəfiqi və tərəfdaşından 1400-dən çox təcili yardım personalının Türkiyəyə yerləşdirildiyini və zəlzələ bölgələrində türk qruplarına dəstək verdiyini bildirib. NATO müttəfiqləri və tərəfdaşlarının it axtarış-xilasetmə qrupları, yanğınsöndürənlər, mühəndislər, tibb işçiləri və seysmik ekspertlər də daxil olmaqla müxtəlif yollarla Türkiyəyə yardım etdiyini bildirən Lungesku: “Biz müttəfiqimiz Türkiyə və zərərçəkənlərin hamısı ilə həmrəyik, NATO ilə həmrəyik. Müttəfiqlər ehtiyacı olanlara kömək etməyə hazırıq" dedi.