Almaniya hökuməti zəlzələ qurbanlarının Almaniyada yaşayan birinci və ikinci dərəcəli qohumlarının onlarla birlikdə gələ bilməsi üçün üç aylıq “asan viza” tətbiq etmişdi. Prosesin ləng getməsi ilə bağlı tənqidlər səsləndirilərkən, Almaniyadan gözlənilən açıqlama gəldi.
Almaniya, Kahramanmaraş zəlzələsindən sonra zəlzələdən zərər çəkən Türkiyə vətəndaşları üçün viza sadələşdirilməsi qərarı verib.
Prosesin ləng getməsinin tənqidi bir müddətdir ki, ölkənin əsas gündəminə çevrilib. Almaniyanın RND redaksiya şəbəkəsinə danışan Federal Xarici İşlər Nazirliyinin sözçüsü cümə günündən etibarən Almaniyada 90 günə qədər qalmaq imkanı verən 429 Şengen vizası və ailə birləşməsi çərçivəsində 99 vizanın verildiyini açıqlayıb.
ƏN ÇOX SURİYA VƏTƏNDAŞLARINA VERİLİR
Sözçü bildirib ki, vizaların əksəriyyəti Suriya vətəndaşlarına verilir.