Kremlin sözçüsü Dmitriy Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin “Krımı geri alacağıq və sülhü bərpa edəcəyik” sözlərinə cavab verib.
Ukraynanın Krımı almasının mümkün olmadığını deyən Peskov, "Krımın Ukraynanın nəzarətinə keçməsi mümkün deyil. Krım Rusiyanın ayrılmaz bir bütündür" deyib.
Peskov, AB-nin Rusiyadakı 121 şəxs və təşkilatı hədəf alan 10-cu sanksiya paketi ilə bağlı verdiyi açıqlamada, "Bütün bunlar təbii ki, absurddur. Açığı, bunlara sanksiya məsələsi ilə heç bir əlaqəsi olmayan və anlaşılmaz insanlar daxildir. Bu şəxslərin sanksiya siyahısına salınması onları narahat etmir”, - deyə o bildirib.