USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

G20 toplantısında Ukrayna ilə bağlı birlik yoxdur

03.03.2023 Siyasət
47 23
G20 Xarici İşlər Nazirləri Toplantısında vurğulanıb ki, mövcud beynəlxalq idarəetmə arxitekturası qlobal məsələlərdə beynəlxalq əməkdaşlığın təşviqində əsas rol oynayır, eyni zamanda Rusiya-Ukrayna müharibəsi məsələlərində konsensus əldə olunmayıb.

Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısında Rusiya-Ukrayna müharibəsi ilə bağlı verilən bəyanatlarda fikir birliyi olmadığı üçün görüşdən sonra 24 bənddən ibarət “G20 Sədrliyinin xülasəsi” dərc edilib.

G20-nin bütün xarici işlər nazirləri tərəfindən yalnız 1-ci, 2-ci, 5-ci və 24-cü bəndlərin qəbul edildiyi qeyd edilən bəyanatda qeyd bildirilib ki, G20-nin görüşləri və makro siyasət əməkdaşlığı yeni perspektivlər gətirmək və müasir qlobal çağırışlara kollektiv şəkildə cavab vermək üçün davamlı imkan yaradır.

Bəyanatda G20-nin xarici işlər nazirləri mövcud qlobal çağırışları müzakirə edib. Tərəflərin çoxtərəfliliyin gücləndirilməsi, ərzaq və enerji təhlükəsizliyi, iqlim və ekoloji fəaliyyət, davamlı inkişaf, terrorla mübarizə, narkotiklərlə mübarizə, qlobal sağlamlıq, qlobal istedad fondu, humanitar yardım və fəlakət riskinin azaldılması, gender bərabərliyi və qadınların səlahiyyətlərinin genişləndirilməsi sahəsində əməkdaşlığın dərinləşdirilməsinə diqqət ayırdıqları qeyd edilib.

Rusiya və Çindən başqa bütün üzv dövlətlər tərəfindən qəbul edilən bəyanatın 3-cü və 4-cü bəndlərində “Ukraynadakı müharibə qlobal iqtisadiyyata daha da mənfi təsir göstərdi” deyilib. Rusiyanın “Ukraynaya təcavüzü” ən sərt şəkildə pislənilib. Rusiyanın "Ukrayna ərazisindən tam və qeyd-şərtsiz çıxarılması" tələb edilib.

Bəyanatda tərəflərin əksəriyyətinin Ukraynadakı müharibəni qətiyyətlə pislədiyi, müharibənin insanların iztirablarına səbəb olduğu, qlobal iqtisadiyyatda mövcud zəiflikləri daha da artırdığı, artımı azaldacağı, inflyasiyanı artırdığı, tədarük zəncirlərini pozduğu, enerji və ərzaq təhlükəsizliyinin təmin olunmaması, maliyyə sabitliyi risklərini artırdığı açıqlanıb. Sanksiyalarla bağlı başqa fikirlərin və müxtəlif qiymətləndirmələrin də olduğu vurğulanıb.

Sülh və sabitliyi qoruyan çoxtərəfli sistemin beynəlxalq hüquqla dəstəklənməsinin vacib olduğu vurğulanan bəyanatda, "Nüvə silahından istifadə və ya istifadə təhdidi qəbuledilməzdir. Münaqişələrin sülh yolu ilə həlli, diplomatiya və dialoqun həyata keçirilməsi üçün səylər çox vacibdir. Böhranları həll edin. Bugünkü dövrdə müharibə olmamalıdır" fikirləri söylənib.