USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vahid Əhmədovun cəfəng fikirləri

03.03.2023 Bank
15 7
Millət vəkili Vahid Əhmədov iqtisadçı olsa da, iqtisadiyyata uzaq fikirlər səsləndirir. Bu fikilərdən birində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov bildirib ki, Azərbaycanda kifayət qədər qiymət artımı var. Gürcüstanda isə qiymət artımı ilə bağlı tavan qiyməti qoyurlar, yəni, bu qiymətdən yuxarı sata bilməzlər.

Kommersant.az xəbər verir ki, bundan əvvəlki illərdə isə Vahid Əhmədov kredit faizlərinin yüksək olduğunu və səbəbkarın yerli banklar olduğunu söyləyirdi. Əvvəlcə millət vəkilinin Gürcüstanın qiymət siyasətinin Azərbaycanla müqayisəsinə diqqət yetirək.

2022-ci ildə Gürcüstanda ərzaq qiymətlərində 16.3%, kommunal xidmətlərdə isə, 15.7% inflyasiya qeydə alınıb.

Gürcüstan Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvarında ölkədə tərəvəz məhsulları 7.6%, meyvələr 2.6%, süd və süd məhsulları 2.5 faiz, çörək 1.3 faiz bahalaşıb. Ölkədəki dərman vasitələrinin qiyməti də bizdən fərqli olaraq milli məclis tərəfindən tənzimlənir.

Bundan başqa Gürcüstanın Mərkəzi Bankının məlumatına görə, ölkədə inflyasiya həddi 1 ay ərzində 0,4 faiz azalaraq 9,4 faizə enib. Azərbaycanda isə bu göstərici 13,6 faizdir. Yəni müqayisədə qonşumuzun inflyasiya həddi bizdən aşağıdır.

Vahid Əhmədov eyni zamanda, bankların yüksək faizli kredit verməsindən şikayət edirdi. Ölkəmizdəki əksər bankların kredit faizləri 12 faizdən başlayır. “Kapital Bank”ın istehlak kreditləri isə digər banklara nisbətən yüksəkdir. Yəqin ki, bu fikirləri ilə Vahid Ələkbərov “Kapital Bank”a söz atıb.

Banklarımızın kredit siyasəti əhalidən topladıqları əmanət (əksər banklarda 10 faiz), Azərbaycan Mərkəzi Bankından (qısaca – AMB) aldıqları kredit 8,5 faiz, IFC və ya xarici təşkilatlardan ən az halda 10 faiz olmaqla əldə etdikləri gəlirə görə müəyyən edilir. Buna görə də banklarımızın hazırda 12 faizdən başlayaraq təklif etdikləri kreditlər çox məqbul və yaxşı təklifdir.

Vahid Əhmədovdan iqtisadçı, millət vəkili və ictimai-siyasi xadim kimi daha doğru və istinadlara dayanan fikirlər səsləndirməyini gözləyirik. Çünki hazırda ən azından gənclərimizə örnək olacaq iqtisadi fikirlər cəmiyyətimiz üçün çox dəyərlidir.