USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran və Səudiyyə Ərəbistanı əl sıxışdı

13.03.2023 Siyasət
5 32
İran və Səudiyyə Ərəbistanı son illərdəki gərginlikdən sonra 7 il sonra diplomatik əlaqələrin bərpası və qarşılıqlı səfirliklərin açılması barədə razılığa gəlib.

Tehran və Ər-Riyad arasında münasibətlərin normallaşdırılması üçün martın 6-da Çinin paytaxtı Pekində danışıqlara başlayan İran və Səudiyyə Ərəbistanının yüksək səviyyəli təhlükəsizlik rəsmiləri Çin rəsmiləri vasitəsilə razılığa gəliblər.

İki ölkə arasında 7 ildən sonra əldə olunan razılaşmanın tərəfləri İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şamhani, Səudiyyə Ərəbistanının milli təhlükəsizlik müşaviri Musaad bin Məhəmməd əl-Ayban və Çinin yüksək səviyyəli diplomatı, Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi Xarici Əlaqələr Komissiyasının direktoru Vanqdır.

Mərasimdən sonra İran, Səudiyyə Ərəbistanı və Çin tərəfindən verilən ortaq bəyanatda İran və Səudiyyə Ərəbistanının iki ay ərzində diplomatik əlaqələrin bərpası, səfirlik və nümayəndəliklərin qarşılıqlı olaraq yenidən açılması barədə razılığa gəldiyi bildirilib. Prosesin həyata keçirilməsi və təfərrüatların dəqiqləşdirilməsi üçün iki ölkənin xarici işlər nazirlərinin yaxın vaxtlarda görüşəcəyi bildirilib.

Danışıqlara ev sahibliyi etdiyi üçün İraq, Oman və Çinə təşəkkür edilən bəyanatda İran və Səudiyyə Ərəbistanının "suverenlik və bir-birinin daxili işlərinə qarışmama prinsiplərinə sadiq qalacaqları" vurğulanıb.

Amerikanın aparıcı qəzetləri “Ağ Evdə gərginlikdir”, “Bu razılaşma ABŞ-a meydan oxumadır” başlıqları ilə xəbərlər dərc edib.