USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bu qaydanın Azərbaycana tətbiq olunması başa düşülən deyil” - Hüquqşünas

13.03.2023 Siyasət
13 3
“Bu 1 illik turistik viza tələbinin ləğvinin sırf Azərbaycana aid olması başa düşülən deyil”.

Kommersant.az xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov Türkiyənin Azərbaycan vətəndaşları üçün bir illik turistik vizasının ləğvini şərh edərkən bildirib.

Hüquqşünas bildirb ki, bununla bağlı dövlət orqanlarına rəsmi sorğu verilməlidir:

“O halda təccüblənərəm ki, bu qərar yalnız Azərbaycan vətəndaşlarına aid olsun. Ümid edirəm ki, bu əslində belə deyil. Yəni tək Azərbaycanla bağlı deyil”.

Əkrəm Həsənov onu da əlavə edib ki, bu ümumilikdə Türkiyədəki hazırki hərtərəfli gərgin vəziyyətlə bağlı da ola bilər:

“Məsələn, təxribatlar və s. ola bilər. Yəni buna görə hamıya müəyyən dövr üçün aid edilib. Bunu müəyyənləşdirmək lazımdır”.

Qeyd edək ki, Türkiyənin Miqrasiya İdarəsi (Köç İdarəsi) Azərbaycan vətəndaşlarına turistik viza verilməsini ləğv edib.
Belə ki, Azərbaycan vətəndaşlarının 3 aylıq Türkiyədə vizasız qalma müddətini 1 illik turistik viza ilə əvəz etmək istəyənlər rədd cavabı alaraq 10 gün ərzində Türkiyəni tərk etmə tələbi ilə üzləşirlər. Bundan sonra isə Azərbaycana geri qayıdan vətəndaşlarımıza 3 aylıq Türkiyəyə giriş qadağası tətbiq olunur.