USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hakimiyyət dəyişikliyi Azərbaycan və Türkiyə qardaşlığına zərər vura bilməz - MİLLƏT VƏKİLİ

16.03.2023 Siyasət
30 3
Hipotetik baxımdan Türkiyədə müxalif qüvvələr hakimiyyətə gəlsə, bu Azərbaycan və Türkiyə qardaşlığına heç bir zərər gətirə bilməz.

Kommersant.az xəbər verir ki, bu sözləri millət vəkili Elman Nəsirov Türkiyənin iqtidar partiyası olan AKP-nin xairici işlər üzrə sədr müavini Mehmet Ceylanın “Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri əvvəlki kimi olmayacaq" fikrini şərh edərkən bildirib.,

E. Nəsirovun sözlərinə görə, Mehmet Ceylan ona görə belə fikir səsləndirib ki, yeni hökumət qurularsa, bəlkə dövlət başçıları səviyyəsində o münasibətlər əvvəlki kimi olmaya bilər:

“Türkiyə demokratik dövlətdir və orada hüquqa böyük hörmət var. Eyni məntiqlə də kimin hakimiyyətdə olmağından aslı olmayaraq bizim xalqlarımız, dövlətlərimiz dost və qardaş olaraq qalacaq.

Azərbaycan və Türkiyə arasında imzalanmış çox strateji əhəmiyyətli sənədlər var. Kimin hakimiyyətdə olmağından aslı olmayaraq, onlar icra olunmalıdır. Şuşa bəyənnaməsinə görə, Azərbaycan və Türkiyə strateji tərəfdaşlıqdan, strateji müttəfiqliyə sıçrayış edib. Eyni zamanda biz hərbi müttəfiqik. Sənədlərdə belə bir bənd əksini tapmır ki, indiki hakimiyyətlərin dönəmində bu belədir, hakimiyyət dəyişikliyində fərqli olacaq. Kimin hakimiyyətdə olmağından aslı olmayaraq, o sənədlər qüvvədədir və icra olunmalıdır. İnanıram ki, R.T.Ərdoğan yenidən Türkiyə prezidenti olaraq seçkilərdə qalib gələcək”, - deyə Elman Nəsirov bildirib.

Millət vəkili həmçinin qeyd edib ki, Azərbaycan və Türkiyə arasında üçbucaq var. Azərbaycan və Türkiyə xalqı dost-qardaş, Azərbaycan və Türkiyə dövlətləri dost-qardaş, Azərbaycan və Türkiyə prezidentləri dost-qardaşdır.