USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bəxtiyar Hacıyevi də tərifləyib, göyə qaldırmışdınız, siz busunuz, ay müxalifət!” - Tahir Kərimli

16.03.2023 Siyasət
21 3
“Uzun illər müxalif olmuşam. Amma maraqlanan hamı bilir ki, iqtidara da, bugünkü müxalifətə də müxalifət olmuşam, heç vaxt qəbul etməmişəm. Səbəbini də dəfələrlə izah etmişəm. 1993-cü ildə indiki müxalifət hakimiyyəti təhvil verəndən sonra saxta müxalifətçilik yarandı. Yəni öz başçıları Heydər Əliyevi xilaskar kimi hakimiyyətə gətirdi. Özü isə gedib kənddə oturub, ordan dedi ki, “mən prezidentəm, müxalif olun, vəzifənizi dondurun...” Necə ola bilər ki, dost kimi qəbul etdiyin adama sonradan düşmən, ya müxalif olasan? Deməli, bu müxalifətçiliyin bünövrəsi əyri qoyulub. Ona görə də heç vaxt qəbul etməmişəm. Baxmayaraq ki, 2003-cü ildə prezident seçkilərində İsa Qəmbəri müdafiə etmişəm. Çünki “müxalifət” adı üstündə olub. Bunların isə hər işinə əvvəldən bələdəm, bilirəm. Başqa nə gözləyəsən? Deyək ki, hakimiyyəti korrupsiyada ittiham edirlər. Hakimiyyətdə olsalar, heç əmin deyiləm ki, özləri korrupsiya ilə məşğul olmayacaqlar....”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

“Mənəvi simalarını da görürük. Hansı sahədə iqtidarı tənqid edirlərsə, o sahədə öz faktları ortaya çıxır. Bəxtiyar Hacıyevi də tərifləyib, göyə qaldırmışdılar. İndi isə onun çirkin əməlləri üzə çıxır. Siz busunuz, ay müxalifət! Mənəvi dəyərləriniz də bundan ibarətdir. Avropada “söyüş müxalifəti” var. Hansı müxalifət lideri deyir ki, ay söyüş söyən, sən məni müdafiə etmə, çünki söyüş söyürsən, istəmirəm ki, adın mənimlə bağlansın. Deməli, nə olur-olsun, Azərbaycan dövlətçiliyinə, iqtidarına qarşıdırsa, bunlar üçün proqram mahiyyəti daşıyır. Özləri yaxşı bilirlər, hakimiyyətə gəlmək şansları yoxdur. 2005-ci ildən bəri müxalifətə “X” işarəsi qoymuşam. Partiyamız da qərar qəbul edib ki, mərkəzçi mövqe tutsun. Çünki müxalifətin 2003 və 2005-ci il prezident və parlament seçkilərindən sonra hakimiyyətə gəlmə şansı sıfır olub. O zaman da bəyan etmişdim, indi də edirəm. Hakimiyyətə gələ bilmədikləri halda bunu iddia etmək öz başından yuxarı tullanmaq, özünü aldatmaq deməkdir. Göründüyü kimi, mənəvi-siyasi cəhətdən ittihamlar da ortaya çıxır. Özləri elə iqtidarda gördüklərinin içindədirlər. Bu mənzərənin kökü əyri qoyulduğu üçün müxalifət də əyri vəziyyətdə qalıb...”, - deputat bildirib.