USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tahir Kərimli əhalini “qara camaat” adlandırdı, spiker cavab verdi

17.03.2023 Siyasət
21 2
“Gücümüz ancaq pensiya alanlara çatır”.

Kommersant.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.

"Sonra da deyirik ki, gəlirlərimiz var. Neçə illərlə müqayisə aparanda görürük ki, pensiya alanların sayı azalıb. Ölkədə yaşayan əhaliyə məhsulları Avropadakı kimi satırıq, amma xalqa verilən vəsait Avropada olduğu kimi deyil. Biz nə vaxta qədər bu camaata "qara camaat" kimi davranacağıq. Bir milyon yaşayır deyə, 9 milyon yaşayır demək deyil. Hökumətdən çox xahiş edirəm ki, qazandığımız vəsaitin yarı hissəsini "qara camaat"a da versin”.

Milli Məclisin sədri Sahibə Qafarova deputata cavabında bildirib ki, başda Prezident olmaqla heç kim əhaliyə "qara camaat" kimi baxmır.

Modern.az