USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət başçısı: Zabux kəndinin sakinləri üçün tamamilə yeni kənd salınır

28.03.2023 Siyasət
7 2
Eyni zamanda, Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək. Məscidin təməlini də mən Laçında olarkən özüm şəxsən qoydum və çox gözəl yerdə bizim dini məbədimiz yaxın gələcəkdə inşa ediləcəkdir.

Kommersant.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

“Bununla paralel olaraq, Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start vermişik. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək. Xaricdə yaşayan ermənilər Zabux kəndində, yenə də deyirəm, o cinayəti törədən Ermənistan dövləti ilə birlikdə bir kənd salmışdılar, evlər tikmişdilər. O evlərdə indi bizim hərbi birləşmələrimizin şəxsi heyəti yerləşir. Ancaq Zabux kəndinin sakinləri üçün tamamilə yeni kənd salınır”, - Prezident bildirib.

  • Əvvəlki

    Türkiyədə seçki prosesi necə davam edəcək: 4, yoxsa 2 namizəd? - EKSPERT ŞƏRHİ

Digər xəbərlər