USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə seçki prosesi necə davam edəcək: 4, yoxsa 2 namizəd? - EKSPERT ŞƏRHİ

28.03.2023 Siyasət
8 5
“Görünür, seçki prosesi 4 namizədlə davam edəcək”.

Kommersant.az xəbər verir ki, QAFSAM sədrinin müavini Nazim Cəfərsoy bu sözləri Türkiyədə prezidentliyə namizəd olmaq istəyənlər üçün imzatoplama kampaniyasının yekunlaşması və proseslərin bundan sonra necə davam edəcəyi ilə sualı şərh edərkən deyib. Həmsöhbətimiz qeyd edib ki, artıq seçki prosesinin gedişatında bir mərhələ - namizədlərin müəyyənləşməsi ilə bağlı proses başa çatıb:

"Hamıya məlum olduğu kimi, seçkilər 14 mayda keçiriləcək. Bu seçki kampaniyası 4 namizədlə davam edəcək. Bunlar hazırki prezident Rəcəb Tayyib Ərdoğan, “6-lı masa” və ya Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu, ATA İttifaqının namizədi Sinan Oğan və Məmləkət Partiyasının sədri Muharrem İncedir. Bu gün Türkiyənin Mərkəzi Seçki Komissiyası seçki kampaniyasında iştirak edəcək namizədlərin müvəqqəti siyahısını hazırlayıb".

Müsahibimiz qeyd edib ki, hazırda gündəmdə olan məslələrdən biri Kamal Kılıçdaroğlu ilə Muharrem İnce arasında görüşlərin keçirilməsidir:

"Müxalifət tərəfi maraqlıdır ki, seçki iki namizədli proses olsun. Yəni, kampaniya Ərdoğanla Kılıçdaroğlu arasında getsin. Bu çərçivədə Muharrem İnce ilə Kamal Kılıçdaroğlunun arasında görüşlər gözləniləndir. Amma bu görüşün nəticəsinim necə olacağı ilə bağlı dəqiq fikir yoxdur. Yəni, İncənin Kılıçdaroğlunun lehinə seçkilərdən çəkilib-çəkilməyəcəyi hələ bilinimir, qeyri-müəyyən məsələdir. Onların verdiyi açıqlamalara baxanda ortaya bir nəticə çıxmır. İncə bəzən "müzakirəyə açığam", bəzən "geri çəkiləcəm", bəzən "davam edəcəm" deyir. Muhammer İncenin qərarı proseslərin necə davam edəcəyindən asılı olacaq".

Nazim Cəfərsoy qeyd edib ki, görüşlərin nəticələrinin nə olacağını yaxın gələcək göstərə bilər:

“Bundan əlavə Sinan Oğanla hansısa bir namizədliyə namizədin görüşə biləcəyi məsələsi də aktual deyil. Sinan Oğanın namizədliyini geri götürəcəyini düşünmürəm. Ən azından görünən mənzərə bunu göstərir".

QAFSAM sədrinin müavini sonda onu da qeyd edib ki, seçkiyə təxminən 47-48 gün var, dolasıyla proseslər çox dinamikdir, yekun siyahının müəyyənləşməsi və digər proseslər təxminən aprelin 11-nə qədər davam edəcək:

"Bu proses əslində müxtəlif əməkdaşlıqlar, müxtəlif yeni faktlar və s. fonunda davam edəcək. Lakin görünən odur ki, 4-lü namizədlə mübarizənin davamı yüksək ehtimaldır".