USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Milli Məclis Fransa ilə bağlı bəyanat verəcək

04.04.2023 Siyasət
9 7
Milli Məclisin bu gün keçirilən iclasında Fransanın Azərbaycana qarşı qərəzli münasibəti ilə bağlı bəyanat qəbul ediləcək.

Kommersant.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin iclasının gündəliyinə daxil edilib.

Bəyanatın mətninin hazırlanması üçün komissiya yaradılıb.

Komissiyanın sədri Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov təyin edilib.

Parlament sədrinin I müavini Əli Hüseynli təklif edib ki, komissiyanın üzvləri Ziyafət Əsgərov, Sevil Mikayılova, Elşən Musayev və Əziz Ələkbərli bəyanat layihəsini hazırlasın.