"Vaşinqton müxalifət blokunun mayın 14-də keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə Türkiyə ilə Rusiya arasında münasibətlərin gərginləşməsi gözlənilir. Suriya, Qara dəniz və Orta Asiya regionunda qarşıdurma planı hazırlanır".
Kommersant.az xəbər verir ki, bu barədə Türkiyənin yerli mətbuat orqanlarında məlumatlar yer alır.
Türkiyədə prezident və parlament seçkiləri mayın 14-nə təyin edilib. Hazırkı prezident Tayyib Ərdoğanın əsas rəqibi – “Cümhuriyyət Alyansı”nın vahid namizədi Kamal Kılıçdaroğludur. Seçkilərdə Memleket partiyasının lideri Məhərrəm İncə və Ata ittifaqının namizədi Sinan Oğan da iştirak edir.