USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Prezidentlərin bugünkü görüşü yeni bir mərhələnin başlanğıcıdır" - Ramil Həsən

10.04.2023 Siyasət
17 0
“İlham Əliyevin Qazaxıstana səfəri xüsusi əhəmiyyətə malikdir. Əminik ki, 2023-cü il və bundan sonrakı dövr ərzində də Qazaxıstan və Azərbaycan arasında iqtisadi, siyasi və strateji partnyorluq münasibətləri bütün sahələrdə genişlənərək inkişaf edəcək”.

Kommersant.az xəbər verir ki, Milli Məclisin deputatı Ramil Həsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana bugünkü rəsmi səfəri haqqında danışarkən bildirib.

Ramil Həsən qeyd edib ki, Prezidentin Mərkəzi Asiya və Qazaxıstanla bağlı xüsusi diqqəti mövcutdur:

“Ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni və sosial əlaqələrin inkişafı, eyni zamanda Qarabağın işğaldan qurtulduqdan sonra dirçəlişi, yenidən inşası ilə bağlı həyata keçirilən irimiqyaslı layihələrdə də Qazaxıstanının iştirakı, Azərbaycana bir qardaş köməyi olaraq Qarabağda xüsusi yaradıcılıq mərkəzi formatında bir məktəbin tikilməsi ilə bağlı kömək göstərməsi kimi bir çox proseslər bir daha göstərir ki, Azərbaycan və digər qardaş türk dövlətləri, digər Asiyadakı qardaş ölkələrlə münasibətlərimiz sürətlənərək, yüksələrək davam etməkdədir”.

Deputat əlavə edib ki, bu baxımdan da regionun ən güclü dövlətlərdən biri olan Qazaxıstan və Azərbaycan arasındakı münasibətlərdə müstəsna əhəmiyyətə malikdir:

Əlbəttə Prezidentinlərin bu gün həm dar çərçivədə, həm də geniş tərkiblərdə görüşləri, daha sonra mətbuat üçün verdiyi açıqlamaları onu göstərir ki, biz yeni bir fazaya daxil olmaqdayıq:

2023-cü il və bundan sonrakı dövr ərzində də Azərbaycan Qazaxıstan həm ikitərəfli, həm də türk dövlətləri təşkilatı nəzdində əmaşdaşlıq əlaqələrini bütün sahələrdə, o cümlədən investesiya enerji daşıyıcılarının həyata keçirilməsi çərçivəsində davam edəcək.

Ramil Həsən əlavə edib ki, Azərbaycan həm də Qazaxıstan neft və qaz ölkəsi olaraq dünya miqyasında qəbul edilməkdədir:

“Azərbaycan eyni zamanda qardaş Türkiyə ilə birlikdə Asiyadan Avropaya qazın və neftin ötürülməsi ilə bağlı ciddi imkanlara və resuslara sahibdir. Və bu baxımdan Türkiyədə qaz mərkəzinin formalaşdırılması, qazın Avropaya satışı ilə bağlı Türkiyə ilə birlikdə ölkəmizin Socar Neft Şirkətinin ortaq layihələr içərisinə girməsi də bir daha etiba edir ki, Qazaxıstanın da Xəzərin altı vasitəsi ilə qoşularaq həyata keçirdiyi indi ki, mövcut daşımaların həcminin genişlənməsi və daha geniş aspektli iqtisadi əlaqələrin güclənməsində də gələcəkdə bu proyektlərə qoşulması ilə mühüm xidmətlər ola biləcəkdir”.