USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Lentsov ilk müzakirələri Azərbaycanla aparmalı idi" - Ceyhun Məmmədov

04.05.2023 Siyasət
14 1
“Burada Rusiya ilə bağlı hansısa bir addım, post, nəzarət məsləsi müzakirə obyekti deyil. Azərbaycanın bu istiqamətdə bir addım atmaq, müzakirə aparmaq niyyəti yoxdur".

Bu sözləri Kommersant.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov Rusiya sülhməramlı qüvvələrinin yeni təyin olunmuş komandanının Bakıya gəlməsi haqqında yayılan məlumatları şərh edərkən deyib.

Ceyhun Məmmədov düşünür ki, belə görüşlərin keçirilməsi önəmlidir:

"Biz öz suveren ərazilərimizdə bu postları quraşdırmışıq və onların quraşdırılması bizim haqqımızdır. Hansısa bir təklif və ya məsələ olarasa, buna baxılaraq aidiyyatı üzrə cavab veriləcək. Bütün hallarda tərəflər arsındakı mövcud problemlər müzakirə edilərək həllini tapmalıdırlar. Biz daha çox danışıq, müzakirə yolu ilə bu məsələləri həll etməliyik. Bu baxımdan bir az gec də olsa, Lentsovun Bakıya gəlməsinin normal olduğunu hesab edirəm”.

Deputat qeyd edib ki, Lentsov ilk görüşü Ermənistan tərəfi ilə deyil, Azərbaycan tərəfi ilə keçirilməli idi:

“Çünki onlar bu gün Azərbaycan ərazilərində fəaliyyət göstərir. Onların hansı tələb irəli sürməsindən asılı olmayaraq, Azərbaycanın mövqeyi məlumdur, dəqiqdir və birmənalı olaraq da belə qalacaq. Prezident İlham Əliyevin mövqeyi prinsipial və qətidir".