Azərbaycan Respublikasının dövlət sərhədində buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısına dəyişiklik edilib.
Kommersant.az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərarla Laçın dövlət sərhədindən buraxılış məntəqəsi (Laçın rayonu (Malxələf kəndinin yaxınlığı), Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında) siyahıya daxil edilib.