USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniya viza müddətini daha 3 ay uzadıb

08.05.2023 Siyasət
5 19
Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Almaniya yaxınları ilə birlikdə Almaniyaya gələn zəlzələ qurbanlarının qalma müddətini daha 3 ay uzadıb.

Kommersant.az xəbər verir ki, fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Almaniya hökuməti viza rahatlığı təmin edərək, yaxınları ilə birlikdə Almaniyaya gələn zəlzələ qurbanlarının qalma müddətini daha 3 ay uzadıb.

Almaniya Xarici İşlər və Daxili İşlər Nazirliyindən verilən ortaq yazılı açıqlamada, Almaniyada qohumlarının yanında qalan türk zəlzələ qurbanlarının Almaniyada daha 3 ay qalmasına icazə verildiyi bildirilib.

Açıqlamada, 6 fevral - 7 may 2023-cü il tarixləri arasında Almaniyanın Türkiyədəki diplomatik nümayəndəliyi tərəfindən verilmiş etibarlı viza ilə Almaniyaya daxil olanların avqustun 6-dək yaşayış icazəsi tələbindən azad ediləcəyi söylənib.