USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qubad İbadoğlunun partiyasının 36 üzvü istefa verdi

08.05.2023 Siyasət
21 9
Azərbaycan Demokratiya və Rifah Partiyasının qurucu üzvü və idarə heyətinin üzvü İsmayıl Nəzirli və 35 nəfər üzv partiyadan ayrılıb.

Kommersant.az xəbər verir ki, bu barədə İsmayıl Nəzirlinin yaydığı bəyanatda qeyd edilir.

Vurğulanır ki, buna səbəb ADR rəhbəri Qubad İbadoğlunun susqunluğu, tez təsir altına düşməsi, öz merkantil maraqlarına xidmət etməsi, o cümlədən, ümumiyyətlə lider keyfiyyətlərinin olmaması, yalnız şəxsi maraqlarını düşünməsi, təşkilata gəlir mənbəyi kimi baxması olub.

Bəyanatda istefaların arta biləcəyi qeyd olunub.