USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya: Biz düşünürük ki, əməkdaşlıq dərinləşəcək və genişlənəcək

15.05.2023 Siyasət
21 49
Peskov Türkiyədə keçirilən Prezident və 28-ci Dövr parlament seçkiləri ilə bağlı paytaxt Moskvada jurnalistlərə qiymətlər verib.

Kommersant.az xəbər verir ki, Türkiyə ilə Rusiyanın bir çox sahədə, xüsusilə də iqtisadiyyatda geniş əməkdaşlıq həyata keçirdiyinə diqqət çəkən Peskov, “Biz Türkiyə ilə enerji, turizm, ticarət, kənd təsərrüfatı, yol kimi müxtəlif sahələrdə geniş miqyasda qarşılıqlı faydalı əməkdaşlıqda həmrəyik" deyib.

Sözügedən əməkdaşlığın türk və rus xalqlarının maraqları istiqamətində inkişaf etdiyini vurğulayan Peskov, "Bu səbəbdən seçkilərlə bağlı Türkiyədən gələn xəbərləri böyük maraqla izləyirik" dedi.

Seçkilərin nəticələrinə hörmətlə yanaşdıqlarını ifadə edən Peskov, "Türk xalqının seçiminə hörmətlə yanaşırıq və hörmət edəcəyik. Bununla belə, hər halda əməkdaşlığımızın davam etməsini, dərinləşməsini və genişlənməsini gözləyirik" deyib.

Türkiyənin yetkin bir demokratiyaya sahib olduğunu qeyd edən Peskov, “Türkiyə güclü, suveren bir ölkədir və təbii ki, şəffaf və demokratik seçkiləri təmin edən, hər cür qanunsuz hərəkətlərin qarşısını ala bilən bir ölkədir” qiymətləndirməsini edib.