USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AB: İkinci turun nə gətirəcəyini görməliyik

15.05.2023 Siyasət
17 21
Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Türkiyədə keçirilən seçkiləri yaxından izlədiklərini, yüksək fəallığın böyük nailiyyət olduğunu və ikinci turun nə gətirəcəyini gözlədiklərini bildirib.

Kommersant.az xəbər verir ki, Von der Leyen, Avropa İttifaqı Şurasının sədri Çarlz Mişel ilə keçirdiyi mətbuat konfransında Türkiyədə keçirilən prezident və 28-ci dönəm parlament seçkilərini dəyərləndirməsi ilə bağlı sualı cavablandırıb.

“Biz çox yaxından izləyirik”

Türkiyənin onlar üçün mühüm tərəfdaş olduğunu bildirən fon der Leyen bu ifadələri işlədib:

"Bu seçkilərdə böyük fəallıq həqiqətən də yaxşı xəbərdir, çünki bu, Türkiyə xalqının gedib səs vermək üçün öz demokratik hüquqlarından istifadə etməyə sadiq olduğunu və demokratik təsisatlara dəyər verdiyini göstərir. Bu, dünənki seçkilərin böyük qələbəsidir. Seçkilər hələ də davam edir. İndi ikinci dövrəni görməliyik. İkinci turun nə gətirdiyini gözləməliyik".

AB Şurasının sədri Mişel isə seçkilərdə yüksək fəallığa görə Türkiyə vətəndaşlarını təqdir etdiyini bildirib.