ABŞ Maliyyə Nazirliyi sanksiyaları pozmaqda və Suriya administrasiyasına beynəlxalq maliyyə sistemlərinə gizli çıxışı təmin etməkdə günahlandırılan iki maliyyə qurumu və onlarla əlaqəli üç nəfərə sanksiya tətbiq etdiyini açıqlayıb.
Kommersant.az xəbər verir ki, Xəzinədarlıq Departamentinin verdiyi yazılı açıqlamada “Bu gün ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Suriya rejiminə və Bəşər Əsəd administrasiyasına, onun Hizbullah və İran İnqilab Keşikçiləri-Qüds Qüvvələrinə müttəfiqlərinə beynəlxalq maliyyə sisteminə giriş əldə etməkdə kömək edir” deyilir.
Açıqlamada, OFAC tərəfindən siyahıya alınan şirkətlərin Al Fadel Exchange və Al Adham Exchange olduğu, Suriya rəhbərliyinin isə region ölkələrindən pul köçürmələri üçün Al Fadel Exchange-dən istifadə etdiyi qeyd edilib.