USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

NATO Şimali Koreyanın qərarını pisləyib

31.05.2023 Siyasət
25 0
Şimali Koreyanın hərbi peyk buraxma cəhdi ilə bağlı NATO-nun baş katibi Stoltenberq "Bu, gərginliyi artırır və regionun, onun hüdudlarından kənarda təhlükəsizliyi üçün ciddi risklər yaradır. Bu, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini açıq şəkildə pozur" deyib.

Kommersant.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Şimali Koreyanın ballistik raket texnologiyasından istifadə edərək hərbi peyk buraxmaq cəhdini pisləyib.

Təşəbbüsü şiddətlə qınadığını bildirən Stoltenberq verdiyi yazılı açıqlamada, "Bu, gərginliyi artırır, bölgənin və onun hüdudlarından kənarın təhlükəsizliyi üçün ciddi risklər yaradır. Bu, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının birdən çox qətnaməsini açıq şəkildə pozur" ifadələrindən istifadə edib.

Bəyanatda qeyd olunub:

"NATO Şimali Koreyanı bu təxribatçı hərəkətləri dayandırmağa və Koreya yarımadasının davamlı sülh və tam və yoxlanıla bilən nüvəsizləşdirilməsini təmin etmək üçün dialoqa qayıtmağa çağırır. Biz regiondakı yaxın tərəfdaşlarımız olan Koreya Respublikası və Yaponiyanın yanındayıq".