USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Polşada yüzminlərlə insan etiraza qalxdı

05.06.2023 Siyasət
7 12
Polşada keçmiş baş nazir Donald Tuskun hərəkatının təşkil etdiyi aksiyada yarım milyondan çox insan küçələrə axışıb.

Etirazlara səbəb prezident Anjey Dudanın təşəbbüsü ilə iyunun 2-də qəbul edilmiş və istənilən şəxsin dindirilməsinə imkan verən Rusiyanın təsiri haqqında qanun olub.

Dövlət başçısının iqamətgahının yanından keçən etirazçılar “Hamınız həbs olunacaqsınız” şüarını səsləndiriblər.

Ən böyük yürüşlər Varşava və Krakovda keçirilib. Bildirilib ki, tədbirdə iştirak etmək istəyənlərin axını səbəbindən Varşava metrosu dolub. Yürüş iştirakçılarının çoxu velosipedlə məkana gəlib.

Varşava polisi müxalifətin mitinqinin insidnetsiz keçdiyini bildirib.