USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Qərb Rusiya ilə Ukraynanı parçalamağa nail olmayacaq" - LAVROV

06.06.2023 Siyasət
59 24
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tacikistandakı 201-ci Rusiya hərbi bazasına səfəri zamanı Qərbin açıq şəkildə bəyan etdiyi anti-Rusiya planlarının baş tutmayacağını bildirib.

Kommersant.az xəbər verir ki, Rusiya diplomatiyasının rəhbəri əmindir ki, Rusiya ilə Ukraynanı parçalamaq mümkün deyil. Hətta ABŞ-ın Ukraynada fəal şəkildə təbliğ etdiyi rusofobiyanı nəzərə alsaq da, bu alınmayacaq:

"Qərb tərəfdaşlarının Ukraynada dayanmayacağı göz qabağındadır. Rusiyaya qarşı ikinci və üçüncü cəbhələrin açılması mümkün olan əlavə sahələrin tapılması üçün daim iş aparılır. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, bu cəbhələrdən biri Zaqafqaziya ilə yanaşı, gizli şəkildə Orta Asiyadır".