Böyük Britaniyanın Maliyyə Davranışı Təşkilatı 2023-cü ilin oktyabr ayından kriptovalyuta məhsulları ilə bağlı ticarət qaydalarını sərtləşdirəcəyini açıqladı.
Kommersant.az xəbər verir ki, İngiltərə Maliyyə Davranış Təşkilatı (FCA) açıqlamasında kriptovalyutaların marketinq qaydalarının sərtləşdiriləcəyini bildirib.
Oktyabr ayından etibarən kripto aktivləri alan İngilis istehlakçıların ilk dəfə 24 saat gözləmə müddətinə məruz qalacağını xatırladaraq, kriptovalyuta alıcıları üçün “dostuna müraciət et” bonuslarının da qaldırılacağı bildirilib.
Kripto-aktivləri təşviq edənlər aydın risk xəbərdarlığı etməli və reklamların yanıltıcı olmamasına əmin olmalıdırlar.