ABŞ və Britaniyanın enerji bazarında Rusiya ilə qarşı "planı" məlum olub.
Kommersant.az xəbər verir ki, ABŞ və Böyük Britaniya qlobal nüvə enerjisi bazarında Rusiyaya qarşı çıxmaq niyyətində olan yeni iqtisadi əməkdaşlıq planını təsdiqləyiblər. Bu barədə RİA Novosti məlumat yayıb.
Ağ Ev ABŞ və Böyük Britaniyanın nüvə enerjisi bazarında Rusiya ilə qarşıdurma planlarını açıqlayıb. Vaşinqton və Londondan verilən birgə bəyanatda qeyd edilir ki, dövlətlər “kritik təmiz enerji sənayesini” dəstəkləmək istəyir.