USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident Ərdoğan Putinlə görüşüb

24.06.2023 Siyasət
10 4
Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Prezident görüş zamanı Rusiya rəhbərliyinə dəstəyini ifadə edib. Putin isə Vaqner üsyanına qarşı Ərdoğandan tam dəstək aldığını bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Görüş zamanı muzdlu dəstənin lideri Vaqnerin Rusiyada silahlı üsyana başlaması müzakirə olunub.

Ərdoğanın görüş zamanı Rusiya rəhbərliyinə dəstəyini ifadə etdiyi bildirilir. Rusiya lideri Putin Vaqner üsyanına qarşı Ərdoğandan tam dəstək aldığını bildirib.

Qeyd edək ki, Vladimir Putin Ukraynaya müharibə elan etdiyi 2022-ci ilin fevralından bəri ən böyük böhranla üzləşib.

Ukraynadan qoşunlarını Rostov şəhərinə çıxaran “Vaqner” qrupunun lideri Priqojin Moskvaya yürüşdən danışıb.

Putin də bu gün açıqlama verərək Priqojini vətənə xəyanətdə ittiham edib.