USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Zelenski ilə Ərdoğanın görüşün mümkün məqsədinin adı açıqlanıb

06.07.2023 Siyasət
20 15
Ukrayna prezidenti Vladimir Zelenski Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə prezidenti seçilməsindən sonra Ankara ilə mövcud razılaşmaları təsdiqləmək istəyir. Bu fikri Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin eksperti Denis Denisov “İzvestiya”ya müsahibəsində bildirib.

Kommersant.az xəbər verir ki, onun sözlərinə görə, Kiyevin əsas məqsədi mövcud razılaşmaları düzəltməkdir. Politoloq əlavə edib ki, bu, Ukrayna ilə Türkiyə arasında hərbi-texniki sahədə əməkdaşlığa dair sazişlərə də aiddir, çünki Türkiyədən bir sıra silahların tədarükü davam edir.

Bundan əvvəl məlum olub ki, Vladimir Zelenski iyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammitindən əvvəl Türkiyəyə gəlib türkiyəli həmkarı ilə görüşmək niyyətindədir. Habertürk telekanalının məlumatına görə, iki ölkə liderlərinin görüşü iyulun 7-də baş tutacaq.