USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Odessa limanına hücum

19.07.2023 Siyasət
0 0
Rusiya ardıcıl ikinci gecə Ukraynanın Odessa limanına hücum edib. Limandan taxıl ixrac edilirdi.

Kommersant.az xəbər verir ki, Rusiya ölkəni Krım yarımadası ilə birləşdirən körpüdə baş verən partlayışa görə Ukraynanı ittiham edərkən, ikinci dəfə Ukraynanın taxıl ixrac limanlarından biri olan Odessanı hədəfə alıb.

Odessa hərbi administrasiyasının sözçüsü Serhiy Bratchuk hücumun çox güclü olduğunu bildirib.

Dəyən zərər və həyatını itirənlərlə bağlı ətraflı məlumatın daha sonra açıqlanacağını bildirən Bratchuk, "Cəhənnəm kimi bir gecə idi" dedi.

"Onlar dünyanı, xüsusən də taxıl dəhlizində işləmək istəyən Ukrayna, Türkiyə və ABŞ-ı qorxutmağa çalışırlar", - deyə Bratçu bildirib.

Rusiya hücumlardan dərhal sonra açıqlama verməsə də, Kreml yönümlü hərbi bloggerlər Moskvanın Odessa və digər bölgələrə hücumlarında həm raketlərdən, həm də pilotsuz uçuş aparatlarından (PUA) istifadə etdiyini bildiriblər.