USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BDU-nun korpusuna 11 milyon manat xərclənəcək - DETALLAR

19.07.2023 Tender
0 0
Bakı Dövlət Universitetinin (BDU) Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi, 33 ünvanında yerləşən 9 mərtəbədən ibarət 2 saylı tədris binasının əsaslı təmirinə 10 milyon 950 min 396 manat xərclənəcək.

Kommersant.az-ın xəbərinə görə, görüntüsü müzakirələrə səbəb olan korpusun təmirini tenderdə qalib elan edilən "VEST-LTD" Qapalı Səhmdar Cəmiyyəti (QSC) həyata keçirir.

Təmiri həyata keçirilən binanın görüntülərini sosial şəbəkələrdə paylaşaraq universitet rəhbərliyini tənqid ediblər. Bildirilib ki, illər əvvəllər səliqəsiz tikilən, ilk baxışdan təhlükəsizlik normalarına cavab vermədiyi təəssüratını yaradan binanın təmirinə vəsait xərcləmək düzgün deyil, BDU rəhbərliyi müvafiq qurumlar qarşısında məsələ qaldırmalı, müasir standarta cavab verən yeni binanın tikintisinə nail olmalı idi.

Xatırladaq ki, təmir işlərini həyata keçirən şirkət 2010-cu ildən fəaliyyət göstərir, nizamnamə kapitalı 2050 manatdır, direktoru Verdəliyev Şahin Əlimərdan oğludur. "VEST-LTD" QSC bir çox tenderlərin qalibi elan edilib. Mətbuatda yazılan və indiyədək təkzib olunmayan məlumatlarda qeyd olunur ki, şirkət "tender kralı” kimi tanınan Hacı Ramazan Mirzəyev adlı şəxsə məxsusdur.

  • Əvvəlki

    Elçibəyin təyin etdiyi icra başçısı da yola - SALINIR

Digər xəbərlər

31.08.2023 Tender
Azərsu tender elan etdi
0 0
04.08.2023 Tender
Bu agentlik tender elan etdi
5 1
03.08.2023 Tender
İcra Hakimiyyəti tender elan etdi
11 11
01.08.2023 Tender
FHN tender elan edib
15 29
24.07.2023 Tender
Mərkəzi Bank tender elan edib
29 21