Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskvaya pilotsuz təyyarələrin endirilməsi təhlükəsi “aşkardır”, bununla bağlı lazımi tədbirlər görülür.
Kommersant.az xəbər verir ki, Kreml sözçüsü hər hansı qiymətləndirmədən çəkinərək bunun hərbçilərin səlahiyyətində olduğunu vurğulayıb.
Peskov əlavə edib ki, Rusiya hakimiyyəti Kiyevin Moskva şəhərinə hücumu ilə 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda “Əl-Qaidə”nin (Rusiya Federasiyasında qadağan olunmuş) Əkiz Qüllələrə qarşı törətdiyi terror aktı arasında analoq görmür.