Fransa və İtaliya öz vətəndaşlarını Nigerdən təxliyə etmək üçün xüsusi uçuşlar təşkil edir. Buna səbəb bu Afrika ölkəsində hərbi çevrilişin olmasıdır.
Kommersant.az xəbər verir ki, Parisin fikrincə, Fransa səfirliyinə hücum və sərhədlərin bağlanması vətəndaşlar üçün təhlükəsizlik təhdidləri yaradır. Fransa Xarici İşlər Nazirliyinin məlumatına görə, fransızlar Nigeriyanı təkbaşına tərk etmək imkanından məhrumdurlar və istəyənlər çərşənbə axşamı ölkədən çıxarılacaq.