Rusiya baş nazirinin müavini Novak daxili bazarda sabitlik əldə olunana qədər yanacaq ixracına qadağaları davam etdirəcəklərini bildirib.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak Soçidə neft və yanacaq bazarlarında baş verən hadisələrlə bağlı jurnalistlərə açıqlama verib.
Brent markalı neftin qiymətinin son dövrlərdə artdığına diqqət çəkən Novak, "Bizim (Rusiya neftinə) endirimimiz azaldı və məhsullarımız tavan qiymətindən yuxarı bazar qiymətlərinə satılır" deyib.
Qiymət tavanı kimi tətbiqlərin mənfi nəticələr yaratdığını ifadə edən Novak, "Ən pisi odur ki, yalnız Rusiyanın enerji qaynaqlarına qarşı deyil, gələcəkdə digər ölkələrə və digər məhsullara qarşı da istifadə oluna biləcək bir presedent yaradır" dedi.
Novak bildirib ki, qiymət həddi təsirsiz bir vasitədir və yalnız son istehlakçılara təsir edir.