USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniyada fələstinlilərin mitinqinə qadağa qoyulub

11.10.2023 Siyasət
0 0
Almaniyanın paytaxtı Berlində keçirilməsi planlaşdırılan Fələstinlə həmrəylik mitinqinə ictimai təhlükəsizlik səbəbi ilə icazə verilməyib.

Berlin polisindən verilən açıqlamada, “Fələstinlə həmrəylik üçün Berlinin müxtəlif bölgələrində keçiriləcək mitinq və eyni mövzuda yürüş, eləcə də onları əvəz edən bütün tədbirlər qadağandır. İctimai asayiş və təhlükəsizliyə təhdiddir” deyilib.

Açıqlamada polisin məsələ ilə bağlı mitinq təşkilatçılarına məlumat verdiyi bildirilib.

“Fələstin danışır” və “Fələstin Fəaliyyət Komitəsi” kimi müxtəlif Fələstin tərəfdarı platformalar Berlində nümayişlərə çağırıblar.