Paytaxt Priştinada Kosovo polisinin baş qərargahında keçirilən mərasimdə ABŞ-ın Kosovodakı səfiri Ceffri Hovenier, Kosovo polisinin baş direktoru Qazmend Hoca və Kosovo Polis Müfəttişliyinin baş direktoru Kuştrim Hodaj iştirak edib.

Səfir Hovenier bildirib ki, Birləşmiş Ştatlar son 5 ildə Kosovoda hüquq-mühafizə qüvvələrinin modernləşdirilməsi üçün 20 milyon dollardan çox təlim və avadanlıq ianə edib.
Hədiyyə edilən dronların polis missiyaları üçün müşahidə, taktiki dəstək və ekoloji təhlükəsizlik təmin edəcəyini bildirən Hovenier, “Bölgədəki mütəşəkkil cinayət qruplarının cinayət fəaliyyətlərinin miqyasını nəzərə alaraq, bu pilotsuz uçuş aparatları sistemləri Kosovodakı polis qüvvələri üçün faydalı olacaq" deyib.
Kosovo Polisinin baş direktoru Hoca qeyd edib ki, ABŞ-ın hədiyyə etdiyi pilotsuz təyyarələrdən bütün Kosovo vətəndaşlarının təhlükəsizliyi üçün ən yaxşı şəkildə istifadə etməyə çalışacaqlar.