USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Asiya fond bazarlarında qarışıq tendensiya

11.10.2023 İqtisadiyyat
0 0
Həftənin üçüncü ticarət günündə Asiya-Sakit Okean bazarları əsasən Cənubi Koreya fond bazarının liderliyi ilə bahalaşıb.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəsmilərinin pul siyasətinin yumşaldılması lehinə açıqlamaları və investorların faiz dərəcələri ilə bağlı gözləntilərini aşağı salmasından sonra dollar ucuzlaşarkən, Asiya birjaları yüksəlib.

ABŞ-da sabah açıqlanacaq istehlak inflyasiyası məlumatları yaxından izləniləcək. Yaponiya xaricində Asiya-Sakit Okean fond bazarlarını izləyən MSCI indeksi 1,33%, Yaponiyanın Nikkei indeksi isə 0,68% artıb. Atlanta Fed-in sədri Raphael Bostic, Amerika Bankçılar Assosiasiyasında etdiyi çıxışda, "Əslində, daha faiz dərəcələrini artırmağa ehtiyac görmürəm" deyib.

Bosticin dünənki açıqlamasından əvvəl bəzi Fed rəsmiləri uzunmüddətli istiqraz faizlərindəki artımların maliyyə şərtlərinin sərtləşdirilməsinə və inflyasiyanın azaldılmasına kömək edə biləcəyinə və beləliklə də mərkəzi bankın daha az iş görməsinə səbəb ola biləcəyinə diqqət çəkmişdilər.