USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fələstin rəhbərliyi: İsrail soyqırım törədir

11.10.2023 Siyasət
0 0
Fələstin rəhbərliyindən verilən açıqlamada İsrailin hücumlarında fosfor və kaset bombalarından da istifadə etdiyi ifadə edilərək, "İsrail Qəzzada xalqımıza qarşı beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan istifadə edərək soyqırım cinayəti törədir", - deyə bildirilib.

İsrail və Fələstin silahlı qrupları arasında münaqişə 5-ci gününə girərkən Fələstin Xarici İşlər Nazirliyi İsrailin Qəzza zolağının bombardmanını şiddətlə pisləyib.

Qəzzada indiyə qədər hər şeyin bombalandığını və yüzlərlə insanın həyatını itirdiyini xatırladan bəyanatda deyilir:

"Qırğın, dağıntı və köçkünlük cinayətləri işğalçı dövlətin Qəzza zolağında Fələstin vətəndaşlarına qarşı soyqırım cinayəti törətməsi deməkdir. Bu, çılğın aclıq kampaniyasının kölgəsində və əsas ehtiyacların kəsilməsi, müdafiəsiz dinc sakinlərin tabeliyində edilir".

Bəyanatda işğal altındakı Şərqi Qüds və İordan çayının qərb sahilinin müxtəlif bölgələrində fələstinlilərə qarşı edilən hücumlar da pislənərək, İsrailin bəzi ölkələrdən aldığı dəstəklə “özünümüdafiə haqqı” iddiası ilə vəhşi cinayətlər törətdiyi və həyata keçirməyə çalışdığı bildirilib.