USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-da ipoteka faizləri son 23 ilin ən yüksək həddə çatıb

11.10.2023 İqtisadiyyat
0 0
ABŞ-da 30 illik ipoteka (ev krediti) üzrə orta faiz dərəcəsi keçən həftə 7,67 faizlə 2000-ci ildən bəri ən yüksək səviyyəyə yüksəlib.

ABŞ-da 30 illik ipoteka (ev krediti) üzrə orta faiz dərəcəsi keçən həftə 7,67 faizlə 2000-ci ildən bəri ən yüksək səviyyəyə yüksəlib.

İpoteka Bankları Birliyinin (MBA) məlumatlarına görə, 6 oktyabrda sona çatan həftədə ipoteka müraciətləri bir əvvəlki həftəyə görə yüzdə 0,6 artdı.

Sözügedən dövrdə ev almaq üçün müraciətlər 1 faiz, yenidən maliyyələşdirmə müraciətləri isə 0,3 faiz artıb.

Ölkədə 30 illik ipoteka üzrə orta faiz dərəcəsi 5-ci həftədir ki, yüksəlişini davam etdirərək 7,53 faizdən 7,67 faizə yüksəlib.