USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sisi: İsrailin reaksiyası özünümüdafiədən kənara çıxıb

16.10.2023 Siyasət
0 0
Misir prezidenti Sisi ABŞ dövlət katibi ilə görüşündə "İsrailin reaksiyası özünümüdafiədən kənara çıxıb və kollektiv cəzaya çevrilib" deyib.

Sisi rəsmi səfəri çərçivəsində paytaxt Qahirəyə gələn ABŞ dövlət katibi Blinkeni qəbul edib.

Görüş zamanı Qəzza zolağında baş verən son hadisələrə işarə edən Sisi, "Fələstin probleminin həllində gecikmə daha çox şikayətlərə səbəb olur" dedi.

Fələstin probleminin həlli üçün üfüqün olmamasının bölgədə qəzəbin artmasına səbəb olduğunu bildirən Sisi Qəzza zolağına humanitar yardımların daşınmasının asanlaşdırılmalı olduğunu qeyd edib.

ABŞ dövlət katibi Blinken İsrail, İordaniya, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və Misir də daxil olmaqla regional səfəri çərçivəsində bu gün paytaxt Qahirəyə gəlib.