USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-dan Livan vətəndaşlarına xəbərdarlıq

23.10.2023 Siyasət
0 0
ABŞ vətəndaşlarına “Livana səyahət etməyin” xəbərdarlığı edərək, dərhal ölkəni tərk etmələrini istəyib.

ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamada, Livan üçün səyahət məsləhətində yeniləmənin edildiyi bildirilib.

Bəyanatda ABŞ vətəndaşlarına "təhlükəsizlik məqsədilə Livana səfər etməmək" barədə xəbərdarlıq edilib.

ABŞ-ın Beyrutdakı səfirliyindən edilən yazılı açıqlamada, Livanı tərk etmək istəyən vətəndaşların “gözlənilməz təhlükəsizlik vəziyyəti” səbəbindən dərhal tərk etmələri lazım olduğu bildirilib.

Açıqlamada, kommersiya uçuşlarının hələ də mövcud olduğu, lakin tutumun azaldığı və ABŞ vətəndaşlarına "Beyrut hava limanında uçuşları yoxlamaq" tövsiyə edildiyi ifadə ediliB.