USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ukrayna üçün Avropadan 3 milyard avro maliyyə

23.10.2023 Siyasət
0 0
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Ukraynada müharibədən zərər çəkmiş real iqtisadiyyatı dəstəkləmək üçün 2022-2023-cü illər ərzində ümumilikdə 3 milyard avro maliyyə vəsaitinin ayrıldığını bildirib.

AYİB-dən verilən açıqlamada bankın 2022-2023-cü illər ərzində ölkədə 3 milyard avro maliyyə təmin etmək hədəfinə çatdığı, investisiyaların enerji təhlükəsizliyi, əsas infrastruktur, ərzaq təhlükəsizliyi, ticarət və özəl sektora yönəldiyi qeyd edilib.

AYİB prezidenti Odil Renaud-Basso Ukraynanı indi və gələcəkdə də dəstəkləməyə tam sadiq olduqlarını vurğulayıb.

AYİB-in uzunmüddətli perspektivdə Ukrayna və xalqının sadiq tərəfdaşı olmağa davam edəcəyini qeyd edən Renaud-Basso, “Donorlarımızın və səhmdarlarımızın səxavətli dəstəyi sayəsində real iqtisadiyyata verdiyimiz dəstək, Ukraynanın qalmasına kömək edəcək” qiymətləndirməsini edib.

  • Əvvəlki

    ABŞ-dan Livan vətəndaşlarına xəbərdarlıq

Digər xəbərlər